Yeni yaranmış təşkilatın adı mənə uşaqlığımda baş vermiş bir hadisəni xatırladır.
Əmim məni kənddə küçədə qaçan yerdə görüb, "Ammır, ay ammır" deyə səsləyərək çağırır yanına. O vaxtlar mənim təxminən 5 yaşım olardı. Uşaqlıqdan məni adımla yox, hər hansı bir ləqəblə çağıranda heç sevməzdim. Əmimə yaxınlaşdım və soruşdum ki, "bəs sən mənim nəyimsən?". Əmim cavab verdi ki, "əminəm". Mən də cavabında "ammırın əmisi də ammır olur də, eləmi?" dedim. Daha əmim o vaxt nə cavab vermişdi yadımda deyil. Bircə onu bilirəm ki, kişi hara gedərdisə, bu hadisəni danışardı.
Yeri gəlmişkən, yeni yaranmış gənclər təşkilatının adı qısaca olaraq "AMOR"dur.



Maraqliydi
Dekabr 8, 2007 5:53