Reklam verin!

Müasir rus ədəbiyyatı

Yazar: gahramanov @ Dekabr 7, 2007 17:24

Artıq bir ildir ki, müasir rus ədəbiyyatına "girişmək" istəyirəm, amma elə bir irəliləyiş yoxdur. Bir il ərzində yalnız Andrey Bitovun "Ermənistan dərsləri" və onun publisistik, tənqidi məqalələrindən və Sergey Dövlətovun "Çemodan" əsərindən başqa bir şey keçirə bilmədim "süzgəcimdən". Rusiyanın canlı klassiki olan Bitovla tanışlığım (canlı yox) nisbətən rahat keçdi. Ədibin bu il yubileyi idi və müxtəlif ədəbiyyat qəzetlərində və jurnallarında həm onun haqqında çox yazırdılar, həm də özünə yazmağa imkan yaratmışdılar, hətta BBC-in onunla keçıirdiyi müsahibədə də iştirak edə bildim. Dövlətov isə ürəyimə o qədər yatdı ki, indi onun əsərləri toplusunu alıb bütün əsərlərini həzm etmək fikrinə düşmüşəm. Amma...

Amma bir neçə müəllif var ki, sanki özləri gəl məni oxu deyirlər. Yaxın zamanlarda oxumaq istərdim:

Lyudmila Uliçkayanın "Daniel Ştayn tərcüməçi" kitabınə. Resenziyalara görə bu əsər ilin ən uğurlusudur. Yazarın bu il həmin əsərə görə "Bolşaya kniqa" mükafatına layiq görülməsi bu faktı bir daha təsdiqləyir. Deyilənə görə "Rus bukeri"ni də bu müəllif alacaqdı, sadəcə adətə görə bütün mükafatları eyni müəllifə vermirlər (bura hər halda Rusiyadır, Azərbaycan yox, ona görə bu fakt sizə qəribə gəlməsin). Beləliklə, "Böyük kitab"dan 3 milyon rus rublunu qatlayıb cibinə qoyan Uliçkaya "Rus bukeri"ndən 20 min ABŞ dollarını əldən verdi. Bu pullara

Aleksandr İliçevskiy "Matiss" kitabı hesabına sahib çıxdı.Yaxınlarda oxumağı planlaşdırdığım kitablar içində bu əsər də yer alır. Doğrusu məni onun "Buker"lə mükafatlandırılmasından çox, müəllifin fizik olması şirnikləşdirir.

Картинка 10 из 1685Atalar üçdən deyib, üçüncü kitab rəfimdə çoxdan yatıb qalan Eduard Baqirovun "Qastrabayter"idir. Düzdür, müəllif azərbaycanlı olsa da, hər halda əsər rus ədəbiyyatına tövhədir (əgər tövhədirsə). Kitabı mənə ad günümə rus dostum almışdı. Tərslikdən başqa dostum mənə Nobel mükafatçısı Saramaqonun "İsadan evanqeliya" əsərini aldığından üstünlüyü ikinciyə verdim. Sonradan özüm də bilmədən, Kafkanın "Amerika"sı, Steynbekin "4-cü Pipinin qısa hakimiyyəti", Fərman Kərimzadənin "Xüdafərin Körpüsü", Qurban Səidin rusca "Əli və Nino"su, Sergey Dövlətovun "Çemodan"ı və hal-hazırda Paviçin "Dəmir pərdə" kitabı oxucu menyumda bir-birlərini əvəz edə-edə "Qastarbayter"i rəfdə qoydular. Kitab yalnız Baqirovla yazışmalardan sonra yadıma düşdü və indi qərar vermişəm oxumağı.

Rəfdə Orxan Pamukun "Qar"ı, Milorad Paviçin iki kitabı və Xaruki Murakamiyə həsr olunmuş kitab hələlik toz yığmaqla məşğul olacaqlar. Beləliklə, yaxın iki ay Müasir rus ədəbiyatınındır.


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha