Son zamanlar, daha doğrusu, özüm burada bloq açandan bəri AzəriBlog sistemindəki müxtəlif bloqları izləməyə başlamışam. Həqiqətən, Artyazar , Art-info , Dünya Ədəbiyyatı Xəzinəsi kimi bloqlar faydalı işlə məşğuldur (bu bloqların müəllifi Aydın Xandır). Amma bu bloqların mənfi cəhəti yazılarda müəllif mövqeyinin və münasibətinin olmamasıdır. Müəllif bloqlarından mənə maraqlı gələn CavidAn bloqudur. Dost bloqum isə, sözsüz, Elmi bloqdur, təəssüflər olsun ki, bu bloq kifayət qədər intensiv yenilənmir.
Ümumən əhəmiyyətsiz bloqlar kifayət qədərdir. Belə bloqlara "Copy-Paste bloqları" adını vermək lazımdır.
Yeri gəlmişkən İLK10 sisteminin yerli sayğac sistemi ilə mübarizəsində hələlik ikinci uğurla çıxış edir. Deyəsən, doğrudan da yerli sayğac "geydirmə" "hit"lər edir.


