Reklam verin!

ANS genetik kod yazır. Hələlik saytında...

Yazar: gahramanov @ Yanvar 30, 2008 21:16

Azərbaycan mətbuatında hər zaman elmi yazılara az yer verilib. Heç elmi qəzet və jurnallarımız (böyük kütlə üçün) da yoxdur axı, "Elm və Həyat" az qala ildə bir dəfə işıq üzü görür, "Azərbaycan təbiəti"nin taleyindən ümumiyyətlə xəbərsizəm, Məmməd Arazdan sonra görünür jurnala yiyə duran olmayıb.

Hərdən bir "Ekspress" qəzetində, ANS press-də, APA informasiya agentliyinin səhifəsində elmə aidiyyatı olan yazılara rast gəlmək olur, amma... Həmin yazıların səviyyəsi çox aşağıdır və müəlliflərin elmdən çox-çox uzaq olduğu elə ilk andan nəzərə çarpır. Bu barədə ANSPress-in forumunda Elm və KİV mövzusunda da yazmışdım və orada bir-iki yazının təhlilini aparmışdım.

Bugün ANS-in saytında Venter İnstitutu DNT yerdəyişməsini müvəfəqiyyətlə həyata keçirib məqaləsinə rast gəldim. Məqalədə bəzi məqamları heç anlaya bilmədim deyə, istinad edilən mənbəyə girib oxumağı qərara aldım.

ANS-in yazdığı kimi "DNT yerdəyişməsini müvəfəqiyyətlə həyata keçirib" ifadəsinə nə istinad edilən mənbənin annotasiyasında (orada söhbət rekombinasiyadan gedir, özü də DNT-nin yox), nə də digər elmi xəbər saytında gördüm. Rast gələcəyimə ümid də etmirdim, çünki DNT-nin yerdəyişməsi nə deməkdir, çətin kimsə anlada bilsin.

Həmçinin yazılarda "yeni genetik kod yazılması"na da rast gəlmədim. Bunu necə etmək olardı, axı tədqiqatçılar bakteriyanın genomlarını götürüb süni DNT strukturu (molekulu) yaradıblar, daha yeni gen yox.

Görünür, genetika elminə aidiyyatı olmayan bir jurnalist sadəcə ingilis dilini bilməsi ilə kifayətlənib, ağına-bozuna baxmadan "zıplayəb" tərcüməni sayta, "onsuz oxuyan olmayacaq" fikri ilə. Bax bununla razılaşmaq olar, həqiqətən elmi xəbərlər Azərbaycan oxucusuna lazımdırmı...


1
Azermed yazıb:

Çox vacib məsələyə toxundunuz.Bizdə elmi məlumatlar demək olarki yox dərəcəsindədir.Tİbb tələbəsi olaraq bildirmək istərdim ki,yeni melumatları azərbaycan dilində əldə etmək çox çətindir..Gərək özün fərdi tərcümə edəsən.
Bu tərcüməyə gəldikdə isə düzü mən də heç nə başa düşmədim.burda nə demək istəyir?! smile Ammma məncə belə məntiqsiz tərcümələrdənsə olmasa daha yaxşıdır.
UGURLAR!!!

Fevral 4, 2008 18:15

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha