Reklam verin!

Hazarat, ANS getdikcə dəbdən düşür

Yazar: gahramanov @ Yanvar 30, 2008 16:01

Yuxuda səs eşitdim: “Qəflətən, surətən fatiə...” Dik atılıb durdum yuxudan, bildim ki, kimsə ölüb. Bir qədər keçmişdi tanışım zəng elədi. Soruşdum vətəni... Telefonun o başından səs gəldi: Rus dilini öldürdülər.
Gahramanov

Rus dili ətrafında baş verən qalmaqallar nədənsə bloqlardan yan keçdi. Yalnız Aydın xan mövzuyla bağlı bir-iki məqaləni yerləşdirmişdi səhifəsində.

Baş verənlərə münasibət bildirmək istəmirdim. Qəzet və saytlarda münasibət kifayət qədərdir. Amma... Bu gün ANS-in saytında Mir Şahinin "Hazarat, bu dil getdikcə dəbdən düşür" məqaləsinə rast gəldim və açığını deyim ki, mənə hər zaman maraqlı gələn Mir Şahin bu dəfə tamam başqa "mahnı" oxuyurdu. Əvvəla həvəslə yerləşdirdikləri (bloqdakı şəkil) bu şəkil, bilmədim ANS bağlanan vaxt çəkiləndir, ya yenisi...

Mir Şahin "Nə vaxta qədər rus dilində olan filmlərə elə rus dilində baxacayıq" deyir. Şahin bəy, bəs dünənəcən ANS filmləri hansı dildə verirdi? Onda niyə dillənmirdin, demirdin ki, mənim ana dilim, filan-bəsməkan. Onda olardı, çünki maddi tərəfdən filmləri tərcümə etmək sərfəli deyildi. İndi ümumi axına qoşulub bəyanatlar verməkdən asan nə var?

Bir də ki, Rusiya kanalları heç də dili ilə ANS-ə mane olmayıb. ANS artıq illərdir ki, onların bağlanmasını tələb edir. Yəqin həmin kanalların keyfiyyətləri qarşısındakı acizlik ANS-ə daha da yaxşı olmaq stimulu yox, paxıllıqdan başqa bir şey vermirmiş...

Bəşir Səfəroğlunun çəkildiyi balaca bir süjetdə hansısa müəssisənin yanmasından söhbət açılır. Hər şey yavaş-yavaş yanır, amma müdirin makintoşu birdən-birə.

Rus dilini də makintoş kimi birdən-birə yandırmaq istədilər, müəyyən zamandan sonra biləcəyik yandıra bildilərmi və yanan nə oldu...


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha