Şöhrət Laboratoriyası nədir?
Şöhrət Laboratoriyası elmi kommunikasiya üzrə ən yeni istedadı axtarıb tapan milli istedad yarışmasıdır.
İlk dəfə Böyük Britaniyanın Çeltenham Elm Festivalı tərəfindən yaradılan yarışmanın məqsədi elmi sinif otağı çərçivəsindən çıxarıb əyləncəyə çevirmək, eləcə də elm və texnologiyaya böyük həvəsi olan gəncləri öz maraqlarını ictimaiyyətlə bölüşməyə ruhlandırmaqdır.
Şöhrət Laboratoriyasının məqsədi nədir?
Şöhrət Laboratoriyasının məqsədi gənc alimlərə dəstək verməkdir ki, onlar da öz növbələrində geniş kütləni XI əsrin elmi nəaliyyətləri ilə maraqlandıra və əyləndirə bilsinlər. Biz televiziya vasitəsilə elmə aidiyyatı olmayan, tamaşaçı kütləsinə öz yaradıcı ideyalarını çatdıra bilən və təqdim etmə bacarığı olan Azərbaycan elminin yeni simalarının axtarışındayıq.
Mənim seçilməyə hüququm varmı?
Seçimdə sizə münsiflər heyətini elmi cəhətdən dəqiq, əyləncəli, orijinal və həmçinin elmə aidiyyatı olmayan dinləyicilərə ünvanlanan çıxış ilə valeh etməyə üç dəqiqə veriləcək. Siz 18-35 yaş arası olmalı və elm sahəsində işləməlisiniz. Bura həm şəxsi, həm də ictimai sahədə işləyən, eləcə də texniki mütəxəssislər, elm, texnika, mühəndis və yaxud riyaziyyat sahələrində çalışan şəxslər daxildir. Müsabiqənin məqsədi elm ilə məşğul olan şəxslərə danışıq qabiliyyətlərini inkişaf etdirmək imkanları yaratmaqdır.
Müsabiqəyə necə daxil ola bilərəm?
03 mart 2008-ci il tarixinə kimi qeydiyyat formasını doldurub beautiful.science@britishcouncil.azelektron ünvanımıza göndərin.
Qeydiyyat formasını və seçilmə şərtlərini yükləyin
Müsabiqədə nə baş verəcək?
- 12 mart 2008-ci il tarixində keçiriləcək yarımfinalda münsiflər heyətini valeh etmək üçün sizə maksimum 3 dəqiqə veriləcək. Onları geniş dinləyici kütləsinin anlaya biləcək həyacanlandırıcı və mövzuya aid olan çıxışlar maraqlandırır.
- Minimum köməkçi vasitələrdən istifadəyə icazə verilir, lakin vaxtın seçilməsinə ya da köməkçinin iştirakına icazə verilmir.
- Power Point proqramının istifadəsinə icazə verilmir.
- Təqdimat auditoriya qarşısında ediləcək.
- Münsiflər heyəti hər təqdimatdan sonra sizə suallar verə biləcək və sizin çıxışınız barəsində fikirlərini bildirəcəklər.
- Seçim mərhələsinin nəticəsində 10 nəfər finalçı sonuncu mərhələdə iştirak etməyə dəvət olunacaq. Finalda sizdən müasir elmi mövzuda və əvvəlki çıxışınızdan fərqli olan 5 dəqiqəlik təqdimat etməyiniz istəniləcək. Münsiflər heyəti təqdimat barəsində sual verəcək və fikirlərini bildirəcəklər.
Münsiflər heyəti kimlərdir?
Elm dünyasının dörd aparıcı alimi və media nümayəndəsi yarımfinalda və finalda iştirak edəcək. Biz müsabiqəyə yaxın günlərdə onların adlarını açıqlayacağıq.
Mən nə qazanıram?
- Yarışda iştirak edən hər kəs sertifikat və əməkdaşımızdan hədiyyə alacaq.
- 10 finalçı elm sahəsində əməkdaşımızdan hədiyyə və ustad dərsləri qazanacaq. Siz danışıq və təqdim etmə bacarığınızı inkişaf etdirmək üçün Böyük Britaniyadan gələcək alim və media nümayəndəsi ilə birgə işləyəcəksiniz.
- Münsiflər heyəti tərəfindən seçiləcək finalist 2008-ci ilin iyul ayında Böyük Britaniyada keçiriləcək Çeltenhəm Elm Festivalında iştirak edəcək. Bundan başqa, o noutbuk əldə edəcək.
- Münsiflər heyəti tərəfindən seçiləcək ikinci və üçüncü yerin sahibləri əməkdaşımızdan müxtəlif mükafatlar əldə edəcəklər.
- Finalda auditoriya mükafatı da mövcuddur.
Əgər Şöhrət Laboratoriyası ilə maqarlanırsınızsa qeydiyyatdan indi keçin ki, ən yeni məlumatları və çıxışları qaçırmayasınız.
http://www.britishcouncil.org/az/azerbaijan-science-beautiful-famelab-2008.htm



gəhrəmanov, keçidə görə çox sag ol!
Mən də öz bloquma keçid yerləşdirdim.
Tanışlığımıza çox şadam.
Fevral 7, 2008 18:13