Reklam verin!

Dovlatovun "qısa ömrü"

Yazar: gahramanov @ Mart 5, 2008 22:00

"Bir şeyi yadda saxlayın - o dedi, - ömür qısadır..."
Sergey Dovlatov "Ömür qısadır"

Dovlatovun ömrü qısa oldu. Məşhurluq anı gələrkən o, bu dünyadan getdi.

Sergey Dovlatovun "Ömür qısadır" hekayələr kitabı  üslub baxımından digər hekayələrindən xüsusilə fərqlənmir. Yazıçı yenə də gözəl nəql edən rolundadır. Hətta "Çemodan" hekyaələr kitabından olan "Fernan Lejenin kurtkası" hekayəsi bu kitabda da yer alıb.

"Çemodan", "Qoruq", "Bizimkilər" kitablarında yazıçı sovet həyatını təsvir edirsə, "Ömür qısadır"da ABŞ həyatından danışılır. Elə fərq yalnız məkanlarda və baş qəhrəmanların adlarındadır. Qalan hər şey eynidir, insanlar yenə qəribə həyat sürür - qəmgin gülümsəyərək, gülümsəyərək qəmlənirlər.

Yayda həyat yoldaşımla şəhərkənarında ev aldıq. Uzunmüddətli bank borcunu bizim üçün Qolovker təşkil etdi. O sadə və inamlı görünürdü. Vaxtaşırı ingiliscədən ruscaya keçirdi. Və əksinə.
Mənim yoldaşım sakitcə soruşdu:
- Bəs Ron Fini niyə belə etmir?
- Necə?
- İngilis və rus sözlərini səhv salmır.
- Çünki Fini hər iki dili mükəmməl bilir...

Sergey Dovlatovun "Artıq" hekayəsindən bir parça


1
Sese yazıb:

Təəssüf ki, bizlər Fini kimi bacarıqlı ola bilmədik. shocked

Mart 12, 2008 21:37

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha