Reklam verin!

Nəzəri fizikadan nəzəri minumum

Yazar: gahramanov @ Mart 12, 2008 22:53

Nəzəri fizika ilə məşğul olmaq üçün müəyyən minimum biliklərə malik olmaq lazımdır. Vaxtilə Landau belə “nəzəri minumumu” yaratmışdı və nəzəriyəçilər üçün minumum bilgini əldə etmək üçün “Nəzəri fizika” 10 hissədən ibarət kitab hazırlamışdı (tələbələri ilə birgə).

Amma zaman dəyişir və deməzdim ki, bugün nəzəri fizika ilə məşğul olmaq üçün mütləq həmin 10 kitabı oxumaq lazımdır.


Mənə görə müəyyən kitablar var ki (dərsdən əlavə), bunları tələbə olarkən oxumaq zəruridir. Həmin kitabların oxunma ardıcılllığı var. Fəqət universitetlərimizin Nəzəri fizika proqramını nəzərə alaraq, kitabların oxunma ardıcıllığını bizim (əsasən BDU-nun fizika fakültəsinin) proqrama uyğunlaşdırmışam.

I kursda oxunmalı kitablar

Universitetlərdə nəzəri fizika 2-ci kursun 2-ci rübündən (4-cü semestr) başlasa da, müəyyən addımları bir az əvvəl atmaq lazımdır. Belə ki, nəzəri kurslar başlayana kimi aşağıdakı kitabları ilkin olaraq səthi olsa belə oxumaq lazımdır:

-         Дубровин Б.А., Новиков С.П., Фоменко А.Т. Современная геометрия, I том.

Bu kitabın səviyyəsindən müəlliflərin adları artıq öz-özünə deyir (Fomenkonu çoxları Tarixə fərqli baxışı ilə tanısalar da, çox güclü riyaziyyatçıdır, Novikov riyaziyyatda ən mötəbər mükafat sayılan Filds medalına hasibdir, Dubrovin isə səhv etmirəmsə hər ikisinin müəllimi olub). Ümumiyyətlə bu kitabın hər üç hissəsini oxuyan şəxs rahatlıqla müasir məqalələri araşdıra bilər. Kitabı oxumaq üçün Ali cəbri və Analitik həndəsəni bilmək lazımdır (universitetin 1-ci kursunda hər iki fənn tədris olunur).

Kitabın əldə olunması barədə: təəssüflər olsun ki, bu dərslik Azərbaycan dilinə tərcümə olunmayıb və 3 hisssədən ibarət son nəşri Azərbaycanda satışda yoxdur. Səhv etmirəmsə !980-ci il buraxılışı (bu buraxılışda 1-ci və 2-ci hissə bir kitabdır, 3-cü hissə isə daxil edilməyib) BDU-nun kitabxanasında var (Magistr və aspirantlar üçün kitabxanada, əsas bina 2-ci mərtəbə).

-         Спивак М. Математический анализ на многообразиях

Bu kitabda Riyazi analizə fərqli baxış var və çoxdəyiçənli funksyaların diferensial və inteqral hesabına həsr olunub. Dili sadə olsa da, mövzunun özü kifayət qədər mürəkkəbdir (1-ci kurs tələbəsi üçün).  

Kitabın əldə olunması: Bu kitab da Azərbaycan dilinə tərcümə olunmayıb, bütün əsas kitabxanalarda var (BDU-nun kitabxanasında, Axundov adına kitabxanada və s.). Həmçinin “bukinist”lərdə tez-tez rast gəlinir.


1-ci kurs müddətində bu iki kitabı oxusanız, nəzəri fizikanı öyrənməyə başlayarkən xüsusi çətinlikləriniz olmayacaq.


ardı gələcək...

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha