Mart 13, 2008 21:51
Fizik və Şahmat taxtası
və ya fiziklərin necə qanun yaratmaqları barədə...
Təsəvvur edin ki, iki şahmatçı şahmat oyunu oynayır. Fizik isə bu oyuna daim nəzarət edə bilmir, o, yalnız başını bəzən döndərib şahmat taxtasına baxır. Hər dəfə baxanda görür ki, məsələn, ağ fil ağ damadadır. Bunu görən fizik “fil yalnız ağ dama üzrə hərəkət edə bilər( Fizika qanunlarına bənzər)” qanununu verir.
Bu hadisəni müşahidə etməyən fizik başını döndərdikdə fili qara damada görür. Deməli onun verdiyi qanun (özü də indiyədək həmişə ödənən) hansısa səbəbdən pozulub. Fil artiq qaradadır.
Amma fizik özünü itirmir və deyir ki, belə bir effekt var ki, piyada taxtanın sonuna çatdıqda o fillə əvəz edilə bilər. Bu səbəbdən də fil qaradadır. Və onun qanunu bu effect olmayanda (yəni piyada taxtanın sonuna çatmayana kimi) doğrudur. Bununla belə “piyadanın filə çevrilmə effekti” də mövcuddur.
Əslində piyadanı filə çevirən fizikin qanunu yox, təbiətin özüdür. Bunu müşahidə edən fizik isə təbiətin qanunlarının nəzəriyyəsini qurmaqla məşğuldur. Bəzən o doğru yolla gedir (bizim şahmat misalındakı kimi), bəzən də yanlış.
Elm-kütləvi yazılar | Şərhlər(2) | Baxış sayı: 120
Maraqlı idi.
Mart 14, 2008 14:55