Reklam verin!

Mart 19, 2008 1:27

Seçkilər haqqında düşünərkən...

gahramanov

Müxalifət 

Başqan meydana çıxıb eylədi ham-ham,
Dedi qoymaram prezident ola İlham.

Keçən gün Moskvada bir azəri klubunun restoranda yığıncağında idim. Söhbət yerlibazlıqdan düşəndə zarafatyanı dedim ki, "Gürcüstandan ancaq "predsedatel"ler çıxır". Nəzərə alaraq ki, klubun "predsedateli" özünün dediyi kimi "qraz"dır, sözümə qüvvət verib "Salyandan isə...". Elə burada sözünü kəsib "Salyandan isə müxalifətçilər çıxır" dedim, çünki hər zaman klubda müxalif mövqe göstərmişəm. Fəqət...

 

Bü "müxalifət" sözü hamını yaman qorxutdu. Görünür, bu sözü eşidən soydaşlarım artıq sözün mənasına varmadan qorxuya düşürlər. "Elə sözlər danışma burada" yarı əsə-əsə, yarıhökmlə klubun sədri dilləndi.

İndi siz deyin, bizdə müxalifət seçkilərdə uğur qazana bilərmi?

İqtidar

Bu il hamı seçəcək
ilhamlımı gələcək?

Necə ki, Rusiyada Medvedyevin prezident seçiləcəyi aydın idi, Azərbaycanda da İlham Əliyevin yenidən prezident olacağı aydın məsələdir.

Bəzi maraqlı məqamlar var, bax bunlar hələ də dəqiq aydın deyil. Sirr deyil ki, ixtiyari ölkədə iqtidarın siyasi debatlarda iştirakı hakim qüvvələr üçün "minus"lar gətirir. Bu baxımdan, çox güman İlham Əliyev də seçkiqabağı debatlardan vaxtının olmaması "səbəbi" ilə imtina edəcək. Təəssüf ki, ...

P.S. Sonuncu şeirdə qrammatik səhvlər görsəniz, düşündüyünüz kimi düzəldin.


Bizimkilər və bizə ilişənlər | Şərhlər(0) | Baxış sayı: 103

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad


captcha

© 2008 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com