Reklam verin!

May 6, 2008 22:01

Barion asimmetriyası

gahramanov

Yüksək enerjilər fizikasının başlıca problemlərindən biri barion asimmetriyasının (zərrəciklərin antizərrəciklərdən çox olması) izahıdır. Elementar zərrəciklərin Standart Modeli bu asimmetriyanı qismən izah etsədə, həmin yaxınlaşma Kainatda maddənin üstünlük təşkil etməsini (antimaddəyə nəzərən) tam aydınlaşdırmağa imkan vermir.

Bu səbəbdən Standart Modeldə olmayan yeni bir effekt axtarılır (fizikçilərin nədən belə etdikləri haqqında artıq yazmışam). Belə effekti ola bilsin ki, Yaponiyada yerləşən KEK sürətləndiricisi aşkar etməyə müvəffəq olub (əslində olacaq).

Sürətləndiricidə elektron və pozitronların toqquşması nəticəsində B-mezonlar əmələ gəlir, onlar da öz növbəsində K-mezon və pionlara dağılır. Təcrübə 6 il aparılıb və 535 milyon B-mezonun dağılması öyrənilib. Neytral B-mezonların dağılması daha tez baş verib (onun antizərrəciyinə nəzərən), yüklü B-mezonlarda isə antizərrəciklər daha sürətlə dağılıb.

Standart Modelə görə isə hər iki proses eyni cür baş verməlidir, həm neytral, həm də yüklü B-mezonlar üçün. (bunu mən demirəm, doğrusu heç bilmirəm necə hesablanır, amma jurnalda bu qeyd var idi)

Hələlik yeni effektin Kainatdakı barion asimmetriyasını tam izah edib-etməməsi aydın deyil. Alınan nəticələrin LHC'də (Böyük Hadron Sürətləndiricisi, CERN) təsdiqlənəcəyini və müəyyən yeni nəticələrin alınacağı gözlənilir.

Yazı УФН və Nature jurnallarındakı müvafiq xəbərlər əsasında hazırlanıb.


Elm-kütləvi yazılar | Şərhlər(2) | Baxış sayı: 81
1

Salam, Qəhrəmanov! Sizi "Sira səndə" bloqçulararası oyununda iştirak etməyə dəvət edirəm. Buyurun, sira sizdədir!

May 9, 2008 15:49

2
gahramanov yazıb:

Ramin, təşəkkür edirəm. Daha öncə Vüsal da dəvət etmişdi. Bir balaca başım qarışıqdır, mütləq yaxın zamanda oyuna qoşulacam.

May 12, 2008 17:37

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad


captcha

© 2008 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com