Reklam verin!

Mart 30, 2008 15:46

Tanımadığım Nazim Hikmet

gahramanov

www.kitapyurdu.com'dan satın alOn beş milyonluq zalda
Nazim Hikmət yanaşdı Füzulinin şəklinə:
Almadı salamını rüşvət aludələri,
Ustad əleyk-əssalam! (X.Rza)

 Bir türk arkadaşım yoldaşım keçən həftə mənə "Tanıdığım Nazim Hikmet" adlı kitab verdi. Kitabın üçdə birini oxumuşam, hələ ki maraqlıdır. Girişdə Profesör Fahir İz Nazimlə bağlı bir xatirəsini yazır:

Yaşı uygun olanlar anımsayacaktır. O sırada Türkiye'de bir kampanya başlatılmış ve herkes parmağındaki nişan yüzüğünü hazineye yardım amacıyla devlete bağışlamıştı. Bunu Nazim Hikmet de bir yerlerden duymuş olmalı ki, kendi parmağındaki yüzüyü Ankara'ya ulaştırmak üzere bana vermek istediğini söyledi. Onun bu beklenmedik girişimi, o sırada yanımda bulunan heyet üyesi kimi arkadaşları fena halde kızdırdı ve açıkça "Alma!..Alma!.." diye bağırmaya başladılar. Çok güç durumda kalmıştım. İster istemez, "Nazim Bey, sözünü ettiğiniz kampanya çoktan kapandı. Yurda dönüşte yüzüğünüzü teslim edecek bir makam bulamayabilirim!.." demeye mecbur oldum.


Ədəbiyyat | Şərhlər(1) | Baxış sayı: 131

Mart 26, 2008 22:04

Seçilmişlərin bənzərliyi

gahramanov

Herman Hessenin "Siddxartxa" kitabı mənə dəhçətli dərəcədə Joze Saramaqonun "İsadan yevanqeliya" və Niçşenin "Zərdüşt belə deyib" əsərlərini xatırladır.

 Birinci "Siddxartxa"dan sonra, ikinci isə əvvəl yazılıb.

Məhəmməd peyğəmbərlə bağlı anoloji bədii əsər oxumaq istərdim. Vaşinqton İrvinin "Məhəmmədin həyatı" kitabı məhz belə olmalıydı, təəssüf faktlar yığınıdır.


Ədəbiyyat | Şərhlər(0) | Baxış sayı: 96

Mart 25, 2008 22:12

Не все путем!

gahramanov

Яркая одежда и косметика—это то, чего сейчас не хватает героине второго сюжета программы, дважды «Мисс Азербайджана» Динаре Мамедовой. Она появляется на экране в красной футболке с портретом Путина и надписью «Все путем!». Но у нее самой не все путем. Девушка с высшим образованием и знанием шести языков оказалась в Азовской женской колонии за мошенничество.

Огонек


Qeyri-müsürmanca | Şərhlər(0) | Baxış sayı: 93

Mart 25, 2008 9:57

Mayakovski adına kitabxananın xəzinəsi

gahramanov

Sergey Dovlatovun indiyədək çap olunmamış yazılarından ibarət kitabı oxuyub başa çatmamış, Sergey Dovlatov - İqor Efimov "Epistolyar roman" kitabını oxumaq iştahı gəlib mənə.

 Sonuncuya bir neçə il öncə Dovlatovun həyat yoldaşının məhkəmədəki qələbəsilə (müəllif hüququ yalnız Dovlatovun həyat yoldaşına məxsusdur və Efimovun yazıçının məktublarını çap etməsi qanunsuz sayıldı) qadağa qoyuldu. Həmin vaxta 15 min kitab artıq əllərdə idi, bütün tiraj satılmışdı, təəccüblü deyil, söhbət Dovlatovdan gedir.

Bir neçə gün öncə Dovlatovun Livejournal'dakı belı desək "fan klubu"nda qeyd qoydum ki, həmin kitabı almaq istərdim. Satan olmadı.  Fəqət maraqlı bir təklif oldu ki, kitabı Mayakovski adına kitabxanadan oğurlamaq olar. Təklif maraqlı olsa da, mənlik deyildi.

Hər halda iki gün öncəyə kimi.

İki gündür isə kompüterin "video" qovluğundakı "Xalqlar xəzinəsi" filmini gözdən keçirirəm.


Danışır Moskva | Şərhlər(5) | Baxış sayı: 109
Yazılar cəmi: 16    Sonrakı səhifə »
© 2008 Bütün hüquqları qorunur və Gahramanov'a məxsusdur - Dəstək: AzeriBlog.com