Reklam verin!

Dekabr 29, 2007 19:59

Geridə qalan ilin yekunu - Mədəniyyət

gahramanov

Geridə qalan ilin mənim üçün yadda qalan, maraqlı hadisələrinin icmalını verməyə qərara aldım. Hadisələrə verilən qiymət, sözsüz ki, kifayət qədər subyektiv alınacaq, ən azından yalnız özümün gördüklərimdən, oxuduqlarımdan, eşitdiklərimdən yazacağım üçün.

Başlayaq.

 İlin Əsəri. Lyudmila Uliçkaya "Daniel Ştayn tərcüməçidir" - əsəri intellektual ədəbiyyat siyahısına daxil etmək olar. XX əsrin çox böyük problemləri çox "kiçik" (sadə) insanların vasitəsilə təsvir olunub. Əsərə görə Uliçkaya bu il "Bolşaya kniqa" mükafatına layiq görüldü, "Kultura" qəzeti məhz bu əsərə görə onu ilin yazıçısı seçdi. Kitabın artıq 305 min ədədi satılıb. Bu, intellektual və ciddi ədəbiyyat üçün kifayət qədər yaxşı göstəricidir.

İlin filmi. Nikita Mixalkov "12". Bu il ümumiyyətlə o qədər də yaxşı filmlərlə yadda qalmadı. Amma Mixalkovun ili "12" filmi ilə başa vurması (premyera noyabr ayında olmuşdu) bir qədər "sezon"a rəng qatdı. Yeri gəlmişkən, KVN-də çıxışlardan birində Mixalkovun növbəti filminin adı "stul" olacağı ehtimalı (İlf və Petrovun "12 stul"una bənzər) zarafatı ilin "ifadələri"ndən oldu. Mixalkovun Putinin yubileyinə həsr etdiyi bu ilki ikinci filmi - "55" (Mixalkov, deyəsən, rəqəmləri sevir) böyük müzakirələrə səbəb olsa da, məndən yan keçdi (hələ də baxa bilməmişəm).

İlin kəşfi (mənim üçün). Aleksey Balabanov "Qruz-200" (Yük-200) filmi ilə. Film dəhşətli (sözün əsl mənasında) bir filmdir. Ümumiyyətlə, rus kinosu son illərdə çox yüksək səviyyəyə qalxıb. Balabanovun filmi artıq bir neçə beynəlxalq mükafata layiq görülüb. 

İlin musiqisi. Konkret mahnı və müğənni seçə bilmədim. Amma... Bir neçə nominantdan çexiyalı bəstəkar, fleyta ustası İrji Stivene birinciliyi verməyə qərara gəldim.

İlin fotosərgisi. Sözsüz ki,  World Press Photo 2007 oldu. Sərgidə dünya KİV-də əksini tapmış ən yaxşı 100 foto yer almışdı.

 Hələlik bu qədər... Ardı mümkündür...


Ədəbiyyat, Oxu tar, Artxana | Şərhlər(2) | Baxış sayı: 108

Dekabr 7, 2007 19:19

Uorxol üslubu

gahramanov

Keçən ay "American centre"dən "Endi Uorxol: İncəsənət və həyat" kitabçasını götürəndə Uorxulun (ruslar demişkən "к моему стыду") kim olduğunu bilmirdim. Kitabçanı oxuduqdan sonra məlum oldu ki, "qədeş" XX əsrin məşhur rəssamlarından biridir və dünya mədəniyyətinə böyük tövhələr verib.

Mənə ən çox onun fotoları çap edib üzərində işlədiyi şəkillər ləzzət elədi. Yeri gəlmişkən, iki ay öncə "Vinzavod"da "Aydan galery"də rəssam Etibar Məmmədovun sərgisində məhz belə növ şəkilllər yer almışdı.

Hal-hazırda gördüyünüz şəkil Uorxol üslubunda hazırlanmış mənim şəklimdir. İnternetdə müvafiq səhifədə hazır proqram (yüksək səviyyədə olmasa belə) şəkilləri bu hala salır.


Artxana | Şərhlər(4) | Baxış sayı: 131
Yazılar cəmi: 2   
© 2008 Bütün hüquqları qorunur və Gahramanov'a məxsusdur - Dəstək: AzeriBlog.com