Reklam verin!

Yanvar 4, 2008 0:11

Xalqlar xəzinəsi

gahramanov

Bugün Nikolas Keygin baş rolda çəkildiyi "Xalqların xəzinəsi: sirlər kitabı" filminə baxdım. Birinci film bundan çox-çox yaxşı alınmışdı. Əksər hissələr qeyri-real təsir bağışlayırdı. Filmin sonunda isə üçüncü hissə üçün də yer qoyublar, ABŞ prezidentini sirlər kitabının 47-ci səhifəsi yaman maraqlandırıb. Bizə isə həmin səhifədə yazılanlardan xəbər tutmaq ən azı yaxan bir ildə qismət olmayacaq, gözləyək 3-cü hissəni.

Yeri gəlmişkən, bugün yaxşı kitablar ala bildim. Bilmirəm niyə, amma Andrey Bitovun povestlərindən ibarət kitab 80 rubla (təxminən 3 dollara) satılırdı.

 Bir maraqlı ola biləcək kitab da almışam: Tadeuş Konviçkiyin "Çtivo" (bu sözü öz dilimizə bilmirəm necə uğurlu tərcümə etmək olar). İlk dəfədir ki, bu yazıçıya müraciət edirəm.

 


Kino | Şərhlər(0) | Baxış sayı: 92
Yazılar cəmi: 1   
© 2008 Bütün hüquqları qorunur və Gahramanov'a məxsusdur - Dəstək: AzeriBlog.com