Aprel 1, 2008 16:08
Anarın ürəyi
"Dınqıl tarım, dınqıl tarım.
Sənə həsr edirəm mənim Anarım!"
Gahramanov
Anarın Moskvada keçirilən ad günündən ''tamaşaçı reliz'':
Mamed Cavadoviçin hədiyyə təqdimatı öz orijinallığı ilə seçildi: ''paket''i Anara yox, stolun ayağına verib, gülü yerə qoydu. Və dərhal peşəkar cərrah öz diaqnozunu verdi: ''Anar ağırçəkili yazıçıdır...''
Pianoçu Tamilla Mahmudovanı səhnəyə çağıranda effekti artırmaq üçün işıqları söndürdüler. ''Raxmaninov'' sözünü təzəcə demişdi ki, pianoçu əlavə etdi: ''Bağışlayın, mən klavişləri görmürəm''. Və işıqlar yenidən yandırıldı.
Çingiz Abdullayev ''Anarın ürəyi'' adlı yazını ya özü, ya da başqalarının yazacağına inandığını söylədi.
Arxada oturmuş bir neçə tələbəyə söz verilməsə də, onlar Səməd Vurğundan bir parçanı dəyişib, ağırçəkili yazıçımıza həsr etdilər:
Moskva qəzetləri yazdı bu zaman
Deməyin ki, Anar təbriksiz qaldı.
Nə qədər böyükmüş görün bu insan
(Hətta) Müğenninin sözleri ağzında qaldı.
P.S. Rimma Kazakova: ''Həyat davam edir. Biz yazırıq''.
Ədəbiyyat, Danışır Moskva, Bizimkilər və bizə ilişənlər | Şərhlər(0) | Baxış sayı: 119
Mart 30, 2008 15:46
Tanımadığım Nazim Hikmet
On beş milyonluq zalda
Nazim Hikmət yanaşdı Füzulinin şəklinə:
Almadı salamını rüşvət aludələri,
Ustad əleyk-əssalam! (X.Rza)
Bir türk arkadaşım yoldaşım keçən həftə mənə "Tanıdığım Nazim Hikmet" adlı kitab verdi. Kitabın üçdə birini oxumuşam, hələ ki maraqlıdır. Girişdə Profesör Fahir İz Nazimlə bağlı bir xatirəsini yazır:
Yaşı uygun olanlar anımsayacaktır. O sırada Türkiye'de bir kampanya başlatılmış ve herkes parmağındaki nişan yüzüğünü hazineye yardım amacıyla devlete bağışlamıştı. Bunu Nazim Hikmet de bir yerlerden duymuş olmalı ki, kendi parmağındaki yüzüyü Ankara'ya ulaştırmak üzere bana vermek istediğini söyledi. Onun bu beklenmedik girişimi, o sırada yanımda bulunan heyet üyesi kimi arkadaşları fena halde kızdırdı ve açıkça "Alma!..Alma!.." diye bağırmaya başladılar. Çok güç durumda kalmıştım. İster istemez, "Nazim Bey, sözünü ettiğiniz kampanya çoktan kapandı. Yurda dönüşte yüzüğünüzü teslim edecek bir makam bulamayabilirim!.." demeye mecbur oldum.
Ədəbiyyat | Şərhlər(1) | Baxış sayı: 131
Mart 26, 2008 22:04
Seçilmişlərin bənzərliyi
Herman Hessenin "Siddxartxa" kitabı mənə dəhçətli dərəcədə Joze Saramaqonun "İsadan yevanqeliya" və Niçşenin "Zərdüşt belə deyib" əsərlərini xatırladır.
Birinci "Siddxartxa"dan sonra, ikinci isə əvvəl yazılıb.
Məhəmməd peyğəmbərlə bağlı anoloji bədii əsər oxumaq istərdim. Vaşinqton İrvinin "Məhəmmədin həyatı" kitabı məhz belə olmalıydı, təəssüf faktlar yığınıdır.
Ədəbiyyat | Şərhlər(0) | Baxış sayı: 96
Mart 5, 2008 22:00
Dovlatovun "qısa ömrü"
"Bir şeyi yadda saxlayın - o dedi, - ömür qısadır..."
Sergey Dovlatov "Ömür qısadır"
Dovlatovun ömrü qısa oldu. Məşhurluq anı gələrkən o, bu dünyadan getdi.
Sergey Dovlatovun "Ömür qısadır" hekayələr kitabı üslub baxımından digər hekayələrindən xüsusilə fərqlənmir. Yazıçı yenə də gözəl nəql edən rolundadır. Hətta "Çemodan" hekyaələr kitabından olan "Fernan Lejenin kurtkası" hekayəsi bu kitabda da yer alıb.
"Çemodan", "Qoruq", "Bizimkilər" kitablarında yazıçı sovet həyatını təsvir edirsə, "Ömür qısadır"da ABŞ həyatından danışılır. Elə fərq yalnız məkanlarda və baş qəhrəmanların adlarındadır. Qalan hər şey eynidir, insanlar yenə qəribə həyat sürür - qəmgin gülümsəyərək, gülümsəyərək qəmlənirlər.
Yayda həyat yoldaşımla şəhərkənarında ev aldıq. Uzunmüddətli bank borcunu bizim üçün Qolovker təşkil etdi. O sadə və inamlı görünürdü. Vaxtaşırı ingiliscədən ruscaya keçirdi. Və əksinə.
Mənim yoldaşım sakitcə soruşdu:
- Bəs Ron Fini niyə belə etmir?
- Necə?
- İngilis və rus sözlərini səhv salmır.
- Çünki Fini hər iki dili mükəmməl bilir...
Sergey Dovlatovun "Artıq" hekayəsindən bir parça
Ədəbiyyat | Şərhlər(1) | Baxış sayı: 72



