Reklam verin!

Aprel 1, 2008 16:08

Anarın ürəyi

gahramanov

"Dınqıl tarım, dınqıl tarım.
Sənə həsr edirəm mənim Anarım!"
Gahramanov

Anarın Moskvada keçirilən ad günündən ''tamaşaçı reliz'':

Mamed Cavadoviçin hədiyyə təqdimatı öz orijinallığı ilə seçildi: ''paket''i Anara yox, stolun ayağına verib, gülü yerə qoydu. Və dərhal peşəkar cərrah öz diaqnozunu verdi: ''Anar ağırçəkili yazıçıdır...''

Pianoçu Tamilla Mahmudovanı səhnəyə çağıranda effekti artırmaq üçün işıqları söndürdüler. ''Raxmaninov'' sözünü təzəcə demişdi ki, pianoçu əlavə etdi: ''Bağışlayın, mən klavişləri görmürəm''. Və işıqlar yenidən yandırıldı.

Çingiz Abdullayev ''Anarın ürəyi'' adlı yazını ya özü, ya da başqalarının yazacağına inandığını söylədi.

Arxada oturmuş bir neçə tələbəyə söz verilməsə də, onlar Səməd Vurğundan bir parçanı dəyişib, ağırçəkili yazıçımıza həsr etdilər:

Moskva qəzetləri yazdı bu zaman
Deməyin ki, Anar təbriksiz qaldı.
Nə qədər böyükmüş görün bu insan
(Hətta) Müğenninin sözleri ağzında qaldı.

P.S. Rimma Kazakova: ''Həyat davam edir. Biz yazırıq''.


Ədəbiyyat, Danışır Moskva, Bizimkilər və bizə ilişənlər | Şərhlər(0) | Baxış sayı: 120

Mart 25, 2008 9:57

Mayakovski adına kitabxananın xəzinəsi

gahramanov

Sergey Dovlatovun indiyədək çap olunmamış yazılarından ibarət kitabı oxuyub başa çatmamış, Sergey Dovlatov - İqor Efimov "Epistolyar roman" kitabını oxumaq iştahı gəlib mənə.

 Sonuncuya bir neçə il öncə Dovlatovun həyat yoldaşının məhkəmədəki qələbəsilə (müəllif hüququ yalnız Dovlatovun həyat yoldaşına məxsusdur və Efimovun yazıçının məktublarını çap etməsi qanunsuz sayıldı) qadağa qoyuldu. Həmin vaxta 15 min kitab artıq əllərdə idi, bütün tiraj satılmışdı, təəccüblü deyil, söhbət Dovlatovdan gedir.

Bir neçə gün öncə Dovlatovun Livejournal'dakı belı desək "fan klubu"nda qeyd qoydum ki, həmin kitabı almaq istərdim. Satan olmadı.  Fəqət maraqlı bir təklif oldu ki, kitabı Mayakovski adına kitabxanadan oğurlamaq olar. Təklif maraqlı olsa da, mənlik deyildi.

Hər halda iki gün öncəyə kimi.

İki gündür isə kompüterin "video" qovluğundakı "Xalqlar xəzinəsi" filmini gözdən keçirirəm.


Danışır Moskva | Şərhlər(5) | Baxış sayı: 109

Yanvar 29, 2008 13:35

Bizim intelligentlər

gahramanov

İntilligentik, bu ki, böhtan deyil,
Türki danışmaq bizə şayan deyil,
Türk dili, pəs qabili-irfan deyil
Biz buna qail olan insanlarıq!
Ay bərəkallah, nə gözəl canlarıq!

"Oqonyok" jurnalının yazdığına görə, respondentlərin 59%-i Rusiyada intelligent az olduğu fikrindədir, onlardan 42%-i hətta hesab edir ki, intelligentlərin insanlara təsiri də azalıb. 27%-ə görə intelligentlərin sayı çoxdur, 14% görünür, intelligentləri ayırd edə bilməyib, cavab verməkdən çəkinib.

Görən bizdə necədir vəziyyət? İntellegentlərin sayı çoxdurmu?


Danışır Moskva, Bizimkilər və bizə ilişənlər | Şərhlər(0) | Baxış sayı: 83

Dekabr 6, 2007 6:32

LG-dəki bir yazı haqqında

gahramanov

Moskvada nəşr olunan "Literaturnaya qazeta" qəzetinin bugünki sayında yeni kitabların icmalında erməni müəlliflərinin kitablarına yer verilməsi məni təəccübləndirdi. Əslində adı çəkilən qəzetin keçən nömrədə erməni-gürcü ədəbiyyat gecələrinə məqalə həsr eləməsini, bu sayında isə erməni ədibi Aqasi Ayvazyan üçün yazılmış nekroloqu başa düşmək olardı, baxmayaraq ki, "əmmmalar"... Amma erməni müəlliflərin kitablarına belə diqqəti heç cür həzm edə bilmirəm, özü də ortada yüksək ədəbiyyat olmayan yerdə. Sonuncu kitabın - "İztirablı Qarabağ"ın (əsərin müəllifi keçmiş rus zabitidir) məzmununun isə reallığa nə dərərcədə yaxın olması hələ sual altındadır.

Məqalənin özü (rus dilində)


Danışır Moskva | Şərhlər(3) | Baxış sayı: 121
Yazılar cəmi: 4   
© 2008 Bütün hüquqları qorunur və Gahramanov'a məxsusdur - Dəstək: AzeriBlog.com