- Значит, вы одобряете культ личности? - тихо спросила Агапова.
- Культ, культ... Культ есть и будет... Личность нужна, понимаете, личность!
С.Довлатов "Компромисс"
Наш ответ Чемберлену
Anarın ürəyi
"Dınqıl tarım, dınqıl tarım.
Sənə həsr edirəm mənim Anarım!"
Gahramanov
Anarın Moskvada keçirilən ad günündən ''tamaşaçı reliz'':
Mamed Cavadoviçin hədiyyə təqdimatı öz orijinallığı ilə seçildi: ''paket''i Anara yox, stolun ayağına verib, gülü yerə qoydu. Və dərhal peşəkar cərrah öz diaqnozunu verdi: ''Anar ağırçəkili yazıçıdır...''
Pianoçu Tamilla Mahmudovanı səhnəyə çağıranda effekti artırmaq üçün işıqları söndürdüler. ''Raxmaninov'' sözünü təzəcə demişdi ki, pianoçu əlavə etdi: ''Bağışlayın, mən klavişləri görmürəm''. Və işıqlar yenidən yandırıldı.
Çingiz Abdullayev ''Anarın ürəyi'' adlı yazını ya özü, ya da başqalarının yazacağına inandığını söylədi.
Arxada oturmuş bir neçə tələbəyə söz verilməsə də, onlar Səməd Vurğundan bir parçanı dəyişib, ağırçəkili yazıçımıza həsr etdilər:
Moskva qəzetləri yazdı bu zaman
Deməyin ki, Anar təbriksiz qaldı.
Nə qədər böyükmüş görün bu insan
(Hətta) Müğenninin sözleri ağzında qaldı.
P.S. Rimma Kazakova: ''Həyat davam edir. Biz yazırıq''.
Seçkilər haqqında düşünərkən...
Müxalifət
Başqan meydana çıxıb eylədi ham-ham,
Dedi qoymaram prezident ola İlham.
Keçən gün Moskvada bir azəri klubunun restoranda yığıncağında idim. Söhbət yerlibazlıqdan düşəndə zarafatyanı dedim ki, "Gürcüstandan ancaq "predsedatel"ler çıxır". Nəzərə alaraq ki, klubun "predsedateli" özünün dediyi kimi "qraz"dır, sözümə qüvvət verib "Salyandan isə...". Elə burada sözünü kəsib "Salyandan isə müxalifətçilər çıxır" dedim, çünki hər zaman klubda müxalif mövqe göstərmişəm. Fəqət...
Davamı...
Mətbuat icmalı
Keçən həftə mətbuatda rast gəldiyim bir neçə maraqlı məqalə oldu:
Mir Şahin "Hazarat, bu dil getdikcə dəbdən düşür" (anspress.com)- yazı keçən ayın 20-də işıq üzü görsə də, mən yaxın günlərdə oxumuşam.
Виктор Баженов "Самое страшное - оказаться самым богатым человеком на кладбище" (газета Культура)
Рахман Бадалов "Детская болезнь постколониализма" (kultura.az)
İradə Tuncay "Yazıçılar ölkəsi, oxumayanlar məmləkəti..." (525-ci qəzet)

