Reklam verin!

DİN-nin növbəti hədəfi

Yazar: gahramanov @ Yanvar 31, 2008 23:23
rights

Human Rights Watch rəsmi Bakını kəskin tənqid edir bu başlıqlı məqalə bugün BBC Azərbaycan xidmətinin səhifəsində peyda olub. Yaman tənqid ediblər, tənqid yox, lap təhqir ediblər. Amma...

Nəzərə alsaq ki (olmasa da boyunlarına qoyarıq), bu Human Rights Watch terrorizmlə məşğuldur, Məhəmməd peyğəmbəri təhqir edib və internetdə forumların birində ağzına gələni yazıb, rahatçılıqla təşkilatın bütün üzvlərini ABŞ-dan deportasiya edib onlara iş kəsə bilərik. Məncə əla fikirdir...

ANS genetik kod yazır. Hələlik saytında...

Yazar: gahramanov @ Yanvar 30, 2008 21:16

Azərbaycan mətbuatında hər zaman elmi yazılara az yer verilib. Heç elmi qəzet və jurnallarımız (böyük kütlə üçün) da yoxdur axı, "Elm və Həyat" az qala ildə bir dəfə işıq üzü görür, "Azərbaycan təbiəti"nin taleyindən ümumiyyətlə xəbərsizəm, Məmməd Arazdan sonra görünür jurnala yiyə duran olmayıb.

Hərdən bir "Ekspress" qəzetində, ANS press-də, APA informasiya agentliyinin səhifəsində elmə aidiyyatı olan yazılara rast gəlmək olur, amma... Həmin yazıların səviyyəsi çox aşağıdır və müəlliflərin elmdən çox-çox uzaq olduğu elə ilk andan nəzərə çarpır. Bu barədə ANSPress-in forumunda Elm və KİV mövzusunda da yazmışdım və orada bir-iki yazının təhlilini aparmışdım.

Bugün ANS-in saytında Venter İnstitutu DNT yerdəyişməsini müvəfəqiyyətlə həyata keçirib məqaləsinə rast gəldim. Məqalədə bəzi məqamları heç anlaya bilmədim deyə, istinad edilən mənbəyə girib oxumağı qərara aldım.

ANS-in yazdığı kimi "DNT yerdəyişməsini müvəfəqiyyətlə həyata keçirib" ifadəsinə nə istinad edilən mənbənin annotasiyasında (orada söhbət rekombinasiyadan gedir, özü də DNT-nin yox), nə də digər elmi xəbər saytında gördüm. Rast gələcəyimə ümid də etmirdim, çünki DNT-nin yerdəyişməsi nə deməkdir, çətin kimsə anlada bilsin.

Həmçinin yazılarda "yeni genetik kod yazılması"na da rast gəlmədim. Bunu necə etmək olardı, axı tədqiqatçılar bakteriyanın genomlarını götürüb süni DNT strukturu (molekulu) yaradıblar, daha yeni gen yox.

Görünür, genetika elminə aidiyyatı olmayan bir jurnalist sadəcə ingilis dilini bilməsi ilə kifayətlənib, ağına-bozuna baxmadan "zıplayəb" tərcüməni sayta, "onsuz oxuyan olmayacaq" fikri ilə. Bax bununla razılaşmaq olar, həqiqətən elmi xəbərlər Azərbaycan oxucusuna lazımdırmı...

Hazarat, ANS getdikcə dəbdən düşür

Yazar: gahramanov @ Yanvar 30, 2008 16:01

Yuxuda səs eşitdim: “Qəflətən, surətən fatiə...” Dik atılıb durdum yuxudan, bildim ki, kimsə ölüb. Bir qədər keçmişdi tanışım zəng elədi. Soruşdum vətəni... Telefonun o başından səs gəldi: Rus dilini öldürdülər.
Gahramanov

Rus dili ətrafında baş verən qalmaqallar nədənsə bloqlardan yan keçdi. Yalnız Aydın xan mövzuyla bağlı bir-iki məqaləni yerləşdirmişdi səhifəsində.

Baş verənlərə münasibət bildirmək istəmirdim. Qəzet və saytlarda münasibət kifayət qədərdir. Amma... Bu gün ANS-in saytında Mir Şahinin "Hazarat, bu dil getdikcə dəbdən düşür" məqaləsinə rast gəldim və açığını deyim ki, mənə hər zaman maraqlı gələn Mir Şahin bu dəfə tamam başqa "mahnı" oxuyurdu. Əvvəla həvəslə yerləşdirdikləri (bloqdakı şəkil) bu şəkil, bilmədim ANS bağlanan vaxt çəkiləndir, ya yenisi...

Mir Şahin "Nə vaxta qədər rus dilində olan filmlərə elə rus dilində baxacayıq" deyir. Şahin bəy, bəs dünənəcən ANS filmləri hansı dildə verirdi? Onda niyə dillənmirdin, demirdin ki, mənim ana dilim, filan-bəsməkan. Onda olardı, çünki maddi tərəfdən filmləri tərcümə etmək sərfəli deyildi. İndi ümumi axına qoşulub bəyanatlar verməkdən asan nə var?

Bir də ki, Rusiya kanalları heç də dili ilə ANS-ə mane olmayıb. ANS artıq illərdir ki, onların bağlanmasını tələb edir. Yəqin həmin kanalların keyfiyyətləri qarşısındakı acizlik ANS-ə daha da yaxşı olmaq stimulu yox, paxıllıqdan başqa bir şey vermirmiş...

Bəşir Səfəroğlunun çəkildiyi balaca bir süjetdə hansısa müəssisənin yanmasından söhbət açılır. Hər şey yavaş-yavaş yanır, amma müdirin makintoşu birdən-birə.

Rus dilini də makintoş kimi birdən-birə yandırmaq istədilər, müəyyən zamandan sonra biləcəyik yandıra bildilərmi və yanan nə oldu...

Bizim intelligentlər

Yazar: gahramanov @ Yanvar 29, 2008 13:35

İntilligentik, bu ki, böhtan deyil,
Türki danışmaq bizə şayan deyil,
Türk dili, pəs qabili-irfan deyil
Biz buna qail olan insanlarıq!
Ay bərəkallah, nə gözəl canlarıq!

"Oqonyok" jurnalının yazdığına görə, respondentlərin 59%-i Rusiyada intelligent az olduğu fikrindədir, onlardan 42%-i hətta hesab edir ki, intelligentlərin insanlara təsiri də azalıb. 27%-ə görə intelligentlərin sayı çoxdur, 14% görünür, intelligentləri ayırd edə bilməyib, cavab verməkdən çəkinib.

Görən bizdə necədir vəziyyət? İntellegentlərin sayı çoxdurmu?

« Əvvəlki səhifə   Yazılar cəmi: 11    Sonrakı səhifə »