May 6, 2008 22:01
Barion asimmetriyası
Yüksək enerjilər fizikasının başlıca problemlərindən biri barion asimmetriyasının (zərrəciklərin antizərrəciklərdən çox olması) izahıdır. Elementar zərrəciklərin Standart Modeli bu asimmetriyanı qismən izah etsədə, həmin yaxınlaşma Kainatda maddənin üstünlük təşkil etməsini (antimaddəyə nəzərən) tam aydınlaşdırmağa imkan vermir.
Bu səbəbdən Standart Modeldə olmayan yeni bir effekt axtarılır (fizikçilərin nədən belə etdikləri haqqında artıq yazmışam). Belə effekti ola bilsin ki, Yaponiyada yerləşən KEK sürətləndiricisi aşkar etməyə müvəffəq olub (əslində olacaq).
Sürətləndiricidə elektron və pozitronların toqquşması nəticəsində B-mezonlar əmələ gəlir, onlar da öz növbəsində K-mezon və pionlara dağılır. Təcrübə 6 il aparılıb və 535 milyon B-mezonun dağılması öyrənilib. Neytral B-mezonların dağılması daha tez baş verib (onun antizərrəciyinə nəzərən), yüklü B-mezonlarda isə antizərrəciklər daha sürətlə dağılıb.
Standart Modelə görə isə hər iki proses eyni cür baş verməlidir, həm neytral, həm də yüklü B-mezonlar üçün. (bunu mən demirəm, doğrusu heç bilmirəm necə hesablanır, amma jurnalda bu qeyd var idi)
Hələlik yeni effektin Kainatdakı barion asimmetriyasını tam izah edib-etməməsi aydın deyil. Alınan nəticələrin LHC'də (Böyük Hadron Sürətləndiricisi, CERN) təsdiqlənəcəyini və müəyyən yeni nəticələrin alınacağı gözlənilir.
Yazı УФН və Nature jurnallarındakı müvafiq xəbərlər əsasında hazırlanıb.
Elm-kütləvi yazılar | Şərhlər(2) | Baxış sayı: 81
Mart 13, 2008 21:51
Fizik və Şahmat taxtası
və ya fiziklərin necə qanun yaratmaqları barədə...
Təsəvvur edin ki, iki şahmatçı şahmat oyunu oynayır. Fizik isə bu oyuna daim nəzarət edə bilmir, o, yalnız başını bəzən döndərib şahmat taxtasına baxır. Hər dəfə baxanda görür ki, məsələn, ağ fil ağ damadadır. Bunu görən fizik “fil yalnız ağ dama üzrə hərəkət edə bilər( Fizika qanunlarına bənzər)” qanununu verir.
Elm-kütləvi yazılar | Şərhlər(2) | Baxış sayı: 121
Mart 13, 2008 18:40
Hər şey nisbidir!!!
Çox təəssüf ki, Eynşteyn nəzəriyyəsinin adı bir sıra sadə izahlara və anlatmalara səbəb olur. “Hər şey nisbidir” ifadəsini hərfi mənada qəbul etmək özü özlüyündə çox yanlış addımdır. Fizikadakı nisbilik anlayışı heç də fərdi fikirlərin tam sərbəstliyi demək deyil. Əgər hər şey nisbi olsaydı, onda alimlər heç zaman bir-biri ilə ortaq məxrəcə gələ bilməz, ixtisaslarını deputata dəyişməkdən başqa yolları qalmazdı.
Əsl mahiyyət isə tamam başqadır . Fiziklər Qaliley və Nyutonun dövründən bəri əmindirlər ki, bütün mexaniki hadisələr inersial adalanan sistemlərdə eyni cür baş verir. Bunu anlamaq çox asandır. Siz bulvarda da, müəyyən sabit sürətlə üzən gəmidə də asanlıqla, məsələn, billiard oynaya bilər və bunlar arasında heç bir dəyişiklik hiss etməzsiniz.
Elm-kütləvi yazılar | Şərhlər(0) | Baxış sayı: 87
Mart 12, 2008 22:53
Nəzəri fizikadan nəzəri minumum
Nəzəri fizika ilə məşğul olmaq üçün müəyyən minimum biliklərə malik olmaq lazımdır. Vaxtilə Landau belə “nəzəri minumumu” yaratmışdı və nəzəriyəçilər üçün minumum bilgini əldə etmək üçün “Nəzəri fizika” 10 hissədən ibarət kitab hazırlamışdı (tələbələri ilə birgə).
Amma zaman dəyişir və deməzdim ki, bugün nəzəri fizika ilə məşğul olmaq üçün mütləq həmin 10 kitabı oxumaq lazımdır.
Davamı...
Elm-kütləvi yazılar | Şərhlər(0) | Baxış sayı: 76



