Əslində bu yazı dostum-fizik Rafi Talıbovun bir elmi-kütləvi yarışda çıxışı üçün hazırlanmışdı. O zaman mən onun elmi məsləhətçisi idim və yarışma üçün 5 dəqiqəlik çıxış hazırlamalı idik. Yazının müəllifi mən olsam da, Rafinin dəyərli müzakirələri və qeydləri əsasında hazırlamışam.
Nəzərə alın ki, bu bir çıxış üçün yazılmış yazıdır, məqalə deyil. Bloq üçün mənim tərəfimdən azca redaktə olunub.
Bu dəfə söhbət Kainatın reallıqda, elm adamlarının isə təsəvvürlərdə yaratdıqları ən maraqlı obyektlərdən - Qara dəliklərdən gedəcək. Kütləvi informasiya vasitələri dayanmadan tez-tez xəbər verirlər ki, alimlər artıq qara dəlikləri açıb, müəyyən ediblər.
Əvvəla ondan başlayaq ki, əslində qara dəlik olmağa namizədlər var, hal-hazırda bu namizədlərin sayı çoxdur. Amma onların mütləq qara dəlik olduğunu söyləmək olmaz.
Mənim bir dostum çıxışımı hazırlayarkən belə bir sual verdi: “Bəs qara dəlikləri görmək olar?” “Qətiyyətlə yox” dedim. - Bəs onda onların mövcudluğuna necə inanmaq olar? Dostum təəccüblə soruşdu.
Davamı...
