
Sergey Dovlatovun indiyədək çap olunmamış yazılarından ibarət kitabı oxuyub başa çatmamış, Sergey Dovlatov - İqor Efimov "Epistolyar roman" kitabını oxumaq iştahı gəlib mənə.
Sonuncuya bir neçə il öncə Dovlatovun həyat yoldaşının məhkəmədəki qələbəsilə (müəllif hüququ yalnız Dovlatovun həyat yoldaşına məxsusdur və Efimovun yazıçının məktublarını çap etməsi qanunsuz sayıldı) qadağa qoyuldu. Həmin vaxta 15 min kitab artıq əllərdə idi, bütün tiraj satılmışdı, təəccüblü deyil, söhbət Dovlatovdan gedir.
Bir neçə gün öncə Dovlatovun Livejournal'dakı belı desək "fan klubu"nda qeyd qoydum ki, həmin kitabı almaq istərdim. Satan olmadı. Fəqət maraqlı bir təklif oldu ki, kitabı Mayakovski adına kitabxanadan oğurlamaq olar. Təklif maraqlı olsa da, mənlik deyildi.
Hər halda iki gün öncəyə kimi.
İki gündür isə kompüterin "video" qovluğundakı "Xalqlar xəzinəsi" filmini gözdən keçirirəm.

və ya fiziklərin necə qanun yaratmaqları barədə...